Azərbaycan Prezidenti: “İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici mərhələsindəyik”

Dostuna göndər xəbərdən agah olsun:

“İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

“Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olublar. Artıq onların, həmçinin, ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi var”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin tövsiyələrini özünə şüar seçən könüllülərin Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcəklərinə, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəklərinə inandığını bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45