Hər il yağıntılardan sonra su altında qalan BİNƏQƏDİ: Problem HƏLL olunubmu? – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Ötən gün fasiləsiz yağan yağıntılardan sonra Binəqədi rayonunu su basıb. Söhbət Binəqədi rayonunda Baş Dövlət Yol Polisi İdarəsinin qarşısındakı ərazidən gedir. Kanalizasiya sistemi yağan yağışa tab gətirməyib, nəticədə küçələr və yaşayış evləri su ilə dolub. Acınacaqlı durum avtomobillərin və piyadaların hərəkətində ciddi maneəyə çevrilib.

Qeyd edək ki, Binəqədi sakinləri bu vəziyyətin hər il aramsız yağıntılardan sonra təkrarlandığını bildiriblər.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bizim.media-nın sorğusuna cavab olaraq bildirib ki, bu hal dünən sadəcə yarımsaatlıq yaşanıb:

“Nasoslarımızda problem yaranıb, aradan qaldırdıq. Dünən günün ikinci yarısından sonra və həmçinin bu gün belə problem baş verməyib”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45