Kürdəmir sakinindən sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi, eləcə də könüllü təhvil verilməsi ilə istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, son iki gün ərzində rayon ərazisində aparılan tədbirlər nəticəsində bir nəfər Öyləqulu kənd sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Bundan əlavə, 3 nəfər rayon sakini isə qanunsuz olaraq saxladıqları odlu silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45