AZAL-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

Dostuna göndər xəbərdən agah olsun:

Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) kollektivi Ümummilli Lideri Heydər Əliyevin Anım Günündə Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, AZAL rəhbərliyi və əməkdaşları dahi şəxsiyyətin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Müstəqil Azərbaycanın memarı, dövlət və siyasi xadim Heydər Əliyevin vəfatından 20 il ötür. Dahi şəxsiyyətin Anım Günü Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda hər il dekabrın 12-də qeyd olunur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45