Şəmkir-Gədəbəy avtomobil yolunda qəza: Piyada öldü

Dostuna göndər xəbərdən agah olsun:

Şəmkir-Gədəbəy avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1980-ci il təvəllüdlü, Gədəbəy rayonu, Söyüdlü kənd sakini Rasim Abdullayev idarə etdiyi VAZ-2107 markalı avtomobillə 1975-ci il təvəllüdlü Aytən Məmmədovanı vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45