Masallıda kobud qayda pozuntularına yol verən sürücülər aşkarlanıblar – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Masallıda kobud qayda pozuntularına yol verən sürücülər aşkarlanıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisələrinin qarşısının alınması məqsədilə Masallıda dövlət yol polisi əməkdaşları tərəfindən növbəti profilaktik tədbirlər keçirilib.

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlər zamanı kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan, o cümlədən avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən, yükdaşıma və sərnişindaşıma qaydalarını pozan sürücülər aşkarlanıblar.

Profilaktik tədbirlər zamanı həmçinin dayanma-durma qaydalarını pozaraq digər nəqliyyat vasitələri və piyadaların hərəkətinə maneə yaradan sürücülər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Sürücü və sərnişinlərin mənzil başına rahat və təhlükəsiz şəkildə çatması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə bu kimi profilaktiki tədbirlər mütəmadi şəkildə davam etdiriləcək.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45