Bakıda Ağır Qəza: Tofaş 3 Yerə Bölündü – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:


Bakıda ağır yol qəzasında maşın 3 hissəyə ayrılıb.

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb.

Agah.az  APA Tv istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində “Tofaş” markalı avtomobil “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin gücündən “Tofaş” üç hissəyə ayrılıb, “Hyundai” isə işıq dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Yol Patrul Xidmətinin əməkdaşlarının verdiyi ilkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)