Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər
Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Şamaxı və Oğuz rayon sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.
Bildirilib ki, qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45