Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi işdən çıxarılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Abbas Cəlil oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45