Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir – FOTO
Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.
İclasda Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və digərləri çıxış ediblər.
Qonaqları salamlayan Anar Ələkbərov FIA Baş Assambleyası və Mükafatlandırma mərasiminin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb və bu kimi tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib.
“Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər və digər layihələr həyata keçirir”, – deyən Anar Ələkbərov ölkəmizin 2016-cı ildən etibarən Formula-1 yarışlarıma ev sahibliyi etdiyini xatırladıb. Bakı şəhərinin gözəl küçələrində Formula-1 yarışının uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb. O cümlədən Bakıda FIA həftəsinin uğurla keçməsi və yaddaqalan olmasında əməyi keçən hər kəsə, o cümlədən FIA əməkdaşlarına və könüllülərə minnətdarlıq çatdırılıb.
(055) 436-46-45