Donetsk vilayətində azərbaycanəsilli şəxs öldürülüb

Dostuna göndər xəbərdən agah olsun:

Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan Makeevka şəhəri yaxınlığında azərbaycanəsilli sakin Qəniyev Əhədulla Şirxan oğlu öldürülüb.

Soydaşlarımızın “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, Ə.Qəniyev Azərbaycanın Lənkəran rayonunda anadan olub.

O, uzun illərdir Donetskdə yaşayırmış.

Ə.Qəniyevi qondarma Donetsk Respublikası silahlıları qətlə yetirib.

Belə ki, silahlılar Makeevka ətrafında yaşayan və uzun illərdir şəxsi təsərrüfatla məşğul olan soydaşımızı əvvəlcə qarət ediblər. Onun xırda tutumlu avtobusu əlindən alınıb. Buna etiraz etdikdə isə silahlılar tərəfindən avtomatın qundağı ilə döyülərək öldürülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45