Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Dostuna göndər xəbərdən agah olsun:

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Agah.az-ın  Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, 41 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil piyada – 1966-cı il təvəllüdlü Həsənova Sədaqət Novruz qızını vurub. Nəticədə ağır xəsarətlər alan qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45