Zərdabda avtomobil yolu keçmək istəyən məktəblini vuraraq öldürüb
Zərdab rayonunda avtomobil yolu keçmək istəyən məktəblini vuraraq öldürüb.
Hadisə rayonun Əlvənd kəndində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Feyzullayev Tapdıq Rəsul oğlu kənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən 2016-cı il təvəllüdlü Zülfüqarlı Nuray Vəkalət qızını vurub. Ağır bədən xəsarəti alan azyaşlı hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Nuray Zülfüqarlı ikinci sinif şagirdidir və hadisə məktəbə gedərkən baş verib.
Hazırda faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45