Moskvada azərbaycanəsilli iş adamlarına məxsus bazar yanır: Xəsarət alanlar var

Dostuna göndər xəbərdən agah olsun:

Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.

Hadisə barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya yayılıb.

Bildirilir ki, yanğın ikinci çətinlik səviyyəsində qiymətləndirilib.

İlkin məlumata görə, iki nəfər xəsarət alıb. Bazarı tüstü bürüyüb.

Bildirilir ki, yanğın 20-ci sıradakı 86-cı pavilyonda başlayıb. Yanğın 150 kvadratmetr sahəni əhatə edir. Onun ikinci mərtəbədəki anbar hissəsinə keçmək ehtimalı böyükdür.

Hazırda təxliyə işləri aparılır.

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45