Bakıda külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatıb

Dostuna göndər xəbərdən agah olsun:

Noyabrın 27-si saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Naxçıvan, Gəncə, Ceyrançöl, Şəki, Oğuz, Zaqatala, Balakəndə yağış, Şahdağ, Qusar, Xınalıqda qar yağıb.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi arabir Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Gəncədə 35 m/s, Naftalanda 32 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Tərtər, Salyanda 23 m/s, Neftçala, Balakən, Şəmkirdə 20 m/s, Yardımlı, Kəlvəz, Şirvan, Bərdə, Mingəçevir, Cocuqmərcanlıda 18 m/s, Culfa, Sabirabadda 17 m/s, Ağdam, Naxçıvan, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.

Neft Daşlarının məlumatına əsasən, dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13-16 dərəcə, Naxçıvan MR-da 15-20 dərəcə, dağlıq rayonlarda 14 dərəcəyədək, Aran rayonlarında 17-23 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45