Qızılağac cinsli meşə materialını qanunsuz daşıyan şəxslər məsuliyyətə cəlb olunub

Dostuna göndər xəbərdən agah olsun:

Lənkəran rayonunun Qurumba kəndi ərazisində qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə sözügedən ərazidə yerləşən E.Əmirova məxsus, qanunsuz fəaliyyət göstərən taxta emalı sexinə keçirilən baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,5m³ həcmində qızılağac cinsli işlik meşə materialı aşkarlanıb.

Bundan əlavə, rayon ərazisində keçirilən digər tədbirlərlə Ş.Əlizadəyə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən qanunsuz yolla əldə edilmiş 2,5m³ həcmində işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.

Aşkarlanan hər iki faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45