Güclü külək Astarada binanın dam örtüyünü uçurub, digər fəsadlar törədib – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Güclü külək Astarada binanın dam örtüyünü uçurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün səhər saat 5 radələrində Astara rayonunda əsən güclü külək şəhərin Nuru Paşa küçəsində yerləşən 32 mənzilli binanın dam örtüyünü uçurub, ətrafdakı yarımtikililərə ciddi ziyan vurub.

Dam örtüyü binanın qarşısında dayanan Məharət Həsənova məxsus “Mercedes” markalı minik avtomobilinin üzərinə düşüb. Avtomobilə ziyan dəyib.

Güclü külək rayonunun elektrik təsərrüfatına da ciddi ziyan vurub. Görülən qabaqlayıcı tədbirlər nəticəsində şəhər ərazisində enerjinin verilişində fasilələr olmayıb. Dağətəyi kəndlərdə elektrik naqillərinin qırılması, kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov bildirib ki, fəsadlarla bağlı rayon Fövqəladə Hallar Komissiyası səhər tezdən əraziyə baxış keçirib və bir sıra qabaqlayıcı tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara tapşırıqlar verilib.

Qeyd edək ki, rayon ərazisində külək qismən səngiyib.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45