Ukraynaya buraxılmayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb REGİON

Dostuna göndər xəbərdən agah olsun:

Ukraynada genişmiqyaslı müharibə dövründə ölkəyə buraxılmayan, girişi qadağan olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, 2022-ci ilin əvvəlindən bu ilin noyabrında qədər 706 Azərbaycan vətəndaşı ölkəyə buraxılmayıb.

Ölkəyə girişləri qadağan edilənlərin 60 faizi 3-5 il müddətinə, digərlərinə isə qadağalar daimi tətbiq edilib. Ümumilikdə isə 706 nəfərin 226-sı bu il, 480 nəfəri isə ötən ilin payına düşür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45