Kəlbəcərlə Laçının elektrik şəbəkələrini birləşdirən təchizat sxemi yaradılacaq – VİDEO
Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq. Ən müasir avadanlıqlarla təchiz edilən mərkəzdə tamamlanma işləri görülür.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Belə ki, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi gələcəkdə rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda İstisu ərazisində “İstisu” 110-35 kv-luq yarımstansiyasının tikintisinə başlanılıb.
Eyni zamanda Zar, Zəylik, İstisu, Ağqaya, Mərcimək və Yellicə istiqamətində işlər yekunlaşmaq üzrədir. Qeyd edilən kəndlərə elektrik enerjisini daşıyan yeni dayaqlar basdırılır, müasirtipli, izolyasiyalı kabel xətləri çəkilir. Bu növ izoliyasiyalı kabel xətləri həm ekoloji cəhətdən əlverişli və təhlükəsizdir, həm də enerji itkisini minimuma endirir.
Həmçinin yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma və meşə zolağından keçən hissədə ağac budağının toxunması nəticəsində açılmalar olur. Belə qəzaların aradan qaldırılması kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə bu növ problemlər yaranmır.
Üstəlik açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarla kilometr uzunluğunda çəkildiyini nəzərə alsaq nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, bugünədək Kəlbəcər elektrik enerjisində mənbə kimi Gəncədə yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik veriliş xətti, həmçinin Kəlbəcərdə bir neçə istiqamətdə 110 kV və 35 kV-luq elektrik xətləri çəkilib.
Ümumilikdə rayon ərazisində çox sayda KTM quraşdırılıb. 2022-ci il 26 iyun tarixində Cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
(055) 436-46-45