Sumqayıtda ananın imtina etdiyi 7 aylıq körpə xəstəxanada ölüb
Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.
Agah.az ın yerli bürosu məlumat verir ki, yeddi ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova körpəsindən imtina edib. Yeni doğulmuş körpə bir müddət sonra uşaq xəstəxanasına köçürülsə də, bu gün ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45