Bakıda 23 yaşlı oğlan intihar edib

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
AGAH.az -ın məlumatına görə, Şuşa qəsəbəsində 2000-ci il təvəllüdlü Musayev Elnur İlham oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.