Azərbaycanın tikinti materialları bazarında vəziyyət: Qiymətlərdə azalma var

Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin oktyabr ayında Azərbaycanda tikinti materiallarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 %, ilin əvvəli ilə müqayisədə isə 3,9 % ucuzlaşıb.

Bunu  açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O qeyd edib ki, bu il ölkədə inşaat materialları bazarında qiymətlər 2021-2022-ci illərə nisbətən aşağı olub.

Taxta bazarının yanması qiymətləri dəyişməyib

V. Oruc vurğulayıb ki, bahalaşma anına qədər olan qiymətlərə geri dönüş olmasa da, ucuzlaşma bütün əsas materiallar üzrə hiss edilib: “Məsələn, taxta materialları ötən ilin oktyabr ayına nisbətən 17,1-17,5 % ucuzlaşıb. İl ərzində isə bu göstərici 11,3 % təşkil edib. Bir neçə gün əvvəl taxta bazarında [“Dərnəgül” taxta bazarının ərazisində] yanğın olmasına baxmayaraq, bu hadisə qiymətlərə təsir göstərməyib. Pərakəndə və topdansatış bazarında qiymətlərin ucuzlaşma tendensiyası bazar iştirakçılarının və təklif olunan material kütləsinin artımı ilə əlaqələndirmək olar.

Əvvəlki illərə nisbətən qonşu ölkələrdən inşaat materiallarının gətirilməsinə hər hansı maneənin olmaması, eyni vaxtda məhdudiyyət dövründə yerli istehsalın material qıtlığını kompensasiya etməsi məqsədilə böyüməsi, istehsal gücünün artması yuxarıda qeyd olunan ucuzlaşmanın əsas səbəblərindəndir. Eyni zamanda bazara müraciət edənlərin də azaldığı hiss olunur. Bu, əsasən mövsümi xarakter daşıyır və müvəqqəti hal hesab olunur”.

Dikt ucuzlaşıb

V.Orucun sözlərinə görə armaturun qiyməti ötən ilin oktyabr ayına nisbətən 1,2 % azalsa da, bu ilin əvvəli ilə müqayisədə 2,4 % artıb:

“Dikt qiymətlərində ciddi ucuzlaşma diqqəti cəlb edir. Belə ki, ötən ilin oktyabr ayına nisbətən 32,1-38,2 % ucuzlaşma baş versə də, ilin əvvəli ilə müqayisədə bu rəqəm 13,6-13,7 % arasındadır. Dam örtüklərinin 3,4-10 % aralığında ölçülərə görə ucuzlaşıb, ilin əvvəlindən isə bu rəqəmlərdə növünə görə həm artım, həm ucuzlaşma (1,2-4,3 %) görünür”.

AQC-nin sədri bildirib ki, yerli istehsalda rəqabət olan məhsulların qiyməti stabil qalır: “Sement, alçipan, qum, qazobeton qiymətlərini misal göstərmək olar. Metal list, profil və uqolnikin qiymətləri illik müqayisədə ucuzlaşsa da (5,6-6,2 %), yanvar ayından başlayaraq yenidən onların bahalaşdığını görürük (3-10,9 %). Əsas tikinti materiallarından olan şüşənin qiyməti də stabildir”.

Qiymətlər artacaq

O hesab edir ki, işğaldan azad olunan ərazilərin yenidən bərpası geniş həcmli tikinti işlərinin aparılmasını zəruri edir: “Düşünürəm ki, 2024-cü ildə bu amil tikinti materialların qiymətinə ciddi təsir göstərəcək. Əgər dünyada hər hansı isqtisadi-maliyyə böhranı, fors-major hal olmazsa, bu proqnoz özünü tam doğruldacaq”.

Aşağıdakı cədvəldə ayrı-ayrı tikinti materialları üzrə qiymət dəyişmələrini təqdim edirik:

Təsnifat Ölçü vahidi 2023-cü ilin oktyabr ayına olan qiymət (AZN) 2022-ci ilin oktyabr ayına olan qiymət (AZN) Faiz nisbəti
Taxta4.5-5 1Kub 315 380 -17.1%
Taxta 2.5-5 1kub 330 400 -17.5%
Şüşə 4ml 1kv 14 14 0%
Şüşə 6ml 1kv 22 21 4.8%
Dam 0.40 1kv 8.5 8.8 -3.4%
Dam 0.42 1kv 9 10 -10.0%
Dam 0.45 1kv 9.5 10.5 -9.5%
Armatur sex 1t 850 860 -1.2%
List 1t 1700 1800 -5.6%
profil 1t 1220 1300 -6.2%
uqolnik 1t 1180 1180 0%
Sement 300 kisə 6.8 6.8 0%
Sement 400 kisə 7.3 7.3 0%
Sement 500 kisə 7.2 7.2 0%
Qum 15t 220 220 0%
Alçipan 1ədəd 9.5 9.5 0%
Qazobeton 1kub 120 120 0%
Daş mişar 1ədəd 0.37 0.33 12.1%
15 dikt 1ədəd 19 28 -32.1%
17 dikt 1ədəd 21 34 -38.2%
18 dikt 1ədəd 22.5 36 -37.5%
Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45