Əcnəbiləri iş vədi ilə aldadıb Azərbaycana gətirən şəxs saxlanılıb
Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı öz həmvətənlərini Azərbaycanda işlə təmin etmək, həmçinin Avropa ölkələrinə daşımaq vədləri ilə aldadaraq ölkəmizə gəlmələrini təşkil edən əcnəbi saxlanılıb.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Həmin şəxsin altı əcnəbini Azərbaycanda işlə təmin etmək, bir əcnəbini isə Avropa ölkələrinə daşımaq vədi ilə aldadaraq onların ümumilikdə 15 000 dollar məbləğində pul vəsaitini mənimsədiyi müəyyən edilib.
Qanunsuz miqrasiyanın təşkilinə, həmçinin digər qanunsuz əməllərə dair əsaslı faktlar müəyyən olunduğundan aşkar edilən halla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.
Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin “(012)-919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.
(055) 436-46-45