Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən müfəttişin istintaqı yekunlaşıb

Dostuna göndər xəbərdən agah olsun:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin istintaq prosesi yekunlaşıb.

Agah.az xəbər verir ki, R.Rəşidlinin işinə cari ilin noyabrın 30-da Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən iclasda baxılacaq.

Qeyd edək ki, R.Rəşidli SHXÇDX-nin Laçın rayon bölməsinin çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almaqda ittiham olunub.

Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Rəşad Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45