Hikmət Hacıyev Fransa siyasətini şərh etdi – VİDEO
“Avropa İttifaqına üzv olan Fransanın istismarı bu gün də davam edir”.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
“Hind okeanı, Sakit okean və digər bölgələrdə müstəmləkələr hələ də qalmaqdadır. Oradan gələn insanlar bu gün də 17-18-ci əsrlərdə olduğu kimi, hələ də Fransa müstəmləkəçiliyindən əziyyət çəkdiklərini deyirlər. Bu gün Fransa Qəmər adalarının, Mayot adasının ilhaqı siyasətini həyata keçirir”, – deyə H.Hacıyev qeyd edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45