Türkiyə XİN Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb

Dostuna göndər xəbərdən agah olsun:

“Türkiyə bir daha Rusiya və Ukrayna arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır”.

Agah.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində rəhbərlik etdiyi nazirliyin büdcəsini təqdim edərkən deyib.

Türkiyə XİN başçısı, həmçinin bildirib ki, Ankara Ukraynadakı münaqişənin ədalətli, sülh yolu ilə həllinə nail olmaq üçün Moskva ilə birbaşa əlaqə kanallarını saxlayır.

H.Fidanın sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna ilə münasibətlərin inkişafına öz milli maraqları və beynəlxalq öhdəlikləri əsasında yanaşır.

Türkiyə XİN rəhbəri əlavə edib ki, Qara dəniz taxıl təşəbbüsü çərçivəsində il ərzində Ukraynadan dünya bazarlarına 33 milyon tona yaxın kənd təsərrüfatı məhsulları çıxarılıb. “Təşəbbüsün fəaliyyəti dayandıqdan sonra biz ərzaq bazarlarında qeyri-sabitliyin qarşısını almaq və müharibənin Qara dəniz hövzəsinə yayılmasının qarşısını almaq üçün səylərimizi onun bərpasına yönəltdik”, – H.Fidan qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45