Qazaxda avtomobil qəzası olub, ata və oğlu xəsarət alıb

Dostuna göndər xəbərdən agah olsun:

Qazaxda avtomobil qəzası olub, ata və oğlu xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Qazax rayonunun Daş Salahlı kənd ərazisində qeydə alınıb.

Belə ki, “Lifan” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində 1984-cü il təvəllüdlü C.Əliyev və onun oğlu, 2009-cu il təvəllüdlü N.Əliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45