Azərbaycanda üç bələdiyyə sədri cərimələnib – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Şamaxı, Göyçay və Qəbələ rayonlarında ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi, eləcə də sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Şamaxı rayonunun Çarhan, Qəbələnin Kürd kəndlərində,  o cümlədən Göyçay şəhəri ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı qeyd olunan kəndlərin bələdiyyə sədrləri, Göyçayda isə sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45