Kürdəmirdə qanunsuz ov edənlər saxlanılıb, silahları götürülüb

Dostuna göndər xəbərdən agah olsun:

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarabucaq kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən dörd nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, aparılan araşdırmalarla onların kənd sakinləri C.Bünyətov, F.Bünyətov, Göyçay rayon sakinləri – Q.Mahmudov və C.Mahmudov olduqları müəyyən edilib.

Həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd “İJ” markalı ov silahı və qanunsuz olaraq ovlanmış heyvanlar aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən digər bir tədbir zamanı isə rayonun Pirili kənd sakini İ.Kərimovdan bir ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45