Valideynlərini itirən şəxslərə növbədənkənar birotaqlı mənzilin verilməsi təklif olunur
Azərbaycanda hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanların növbədənkənar birotaqlı mənzillə təmin olunması təklif edilib.
Bu təkliflə Milli Məclisin deputatı İlham Məmmədov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.
Onun sözlərinə görə, ölkədə belə şəxslərin sayı çox azdır: “Rüfət Mehdiyev adlı gənc var. O, Vətən müharibəsində döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahıda olmasını çox istəyərdim”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45