Dövlət Xidməti: “Azərbaycanda ilk dəfə süni intelekt vasitəsilə bazar payı proqnozlaşdırılıb”
Azərbaycanda ilk dəfə olaraq bazar payının proqnozlaşdırması üçün süni intelektdən istifadə olunub.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda deyib.
“Biz, Azərbaycanın rəqabət qurumlarının tarixində ilk dəfə olaraq ötən ay çox mühüm bir bazarı maşın öyrənməsi vasitəsilə 6 aylıq perspektivdə tədqiq etdik. Onu indi test edə bilməsək də yəqin ki, altı aydan sonra süni intellekti necə istifadə edəcəyimizi biləcəyik”, – deyə o qeyd edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45