Bakıda 15 yaşlı qız itkin düşdü

Bakıda 15 yaşlı qız itkin düşüb.
“Report”un məlumatına görə, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 10, ev 105 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Xəyalə Abbasova Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı – 2008-ci il təvəllüdlü Aişə Abbaslı evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmayıb.
Faktla bağlı Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.