Sumqayıtda 9 ay ərzində valideyn himayəsindən məhrum olan 13 azyaşlı aşkarlanıb

Dostuna göndər xəbərdən agah olsun:

Sumqayıtda bu ilin 9 ayı ərzində valideyn himayəsindən məhrum olan 13 azyaşlı aşkar edilib.

AGAH.AZ-ın yerli bürosu xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə bildirilib.

Qeyd edilib ki, onlardan 9-u üzərində qəyyumluq və ya himayəlik təyin edilib, 3 uşaq aidiyyəti qurumların köməyi ilə dövlət uşaq müəssisələrinə yerləşdirilib. 1 uşaq üzərində isə qəyyumluq ləğv edilib, başqa bir şəxs qəyyum təyin edilib.

Tədbirdə o da bildirilib ki, Sumqayıtda əhalinin rəsmi sayı 426 min nəfərdir ki, onların da 101 341-i uşaqdır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45