Paytaxtda dörd avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bu gecə Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Xan Şuşinski və Vaqif küçələrənin kəsişməsində qeydə alınıb.

“Nissan” markalı avtomobilin sürücüsü dördyol ayrıcından keçərkən Vaqif küçəsində hərəkətdə olan “Hyundai” və “Lada” markalı avtomobillərə çırpılıb.

“Nissan”ın sürücüsü sükana nəzarəti itirib. Minik avtomobili əvvəlcə yol kənarında dayanan “Fiat” markalı avtomobilə, daha sonra ağaca çırpılaraq dayanıb.

Qəza zamanı “Hyundai” və “Lada” markalı avtomobillərin sürücüləri Ruslan Ağayev və Cavid Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, ötən ay bu ünvanda, yəni Xan Şuşinski və Vaqif küçələrinin kəsişməsində qəza zamanı üç nəfər ağır xəsarət almışdı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45