Azərbaycanda yenidən ZƏLZƏLƏ OLDU
Bu gün yerli vaxtla saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda maqnitudası 2,9, zəlzələ ocağının dərinliyi yeddi kilometr olan zəlzələ qeydə alınıb.
AGAH.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ bölgə sakinləri tərəfindən hiss olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45