Binəqədi və Abşeronun bir hissəsinin Sumqayıt verilməsi barədə qanun təsdiqləndi
Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq dəyişikliyə görə, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilib.
Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45