Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda qanunsuz tikililəri söküb.

Bu barədə FHN məlumat yayıb.

Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45