Hava limanına gedənlərin NƏZƏRİNƏ: Avtobusların hərəkət qrafiki DƏYİŞDİ

Dostuna göndər xəbərdən agah olsun:

“BakuBus” MMC Heydər Əliyev Beynəlxalq Hava Limanına hərəkət edən ekspres avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.

Bu barədə “BakuBus” MMC məlumat yayıb.

Bildirilib ki, “Hava limanı – metronun “Koroğlu” stansiyası – metronun “28 may” stansiyası” marşrutu üzrə fəaliyyət göstərən “Aeroport Express” noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb.

İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45