Taleh Kazımov “Yüksəliş”in qalibi ilə fərdi inkişaf proqramının icrasını müzakirə edib

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.

Bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Görüş zamanı müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramının icrası istiqamətində görülmüş işləri müzakirə etdik. Eyni zamanda qalibin idarəetmə sahəsində bilik və bacarıqlarının artırılması və tətbiqi barədə fikir mübadiləsi apardıq”, – T. Kazımov qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45