Bakıda avtoyuma məntəqəsinin işçisi maşın qaçırıb

Dostuna göndər xəbərdən agah olsun:

Oktyabrın 28-də saat 21 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtoyuma məntəqələrinin birindən KIA markalı avtomobil qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla bu əməlin avtoyuma məntəqəsinin işçisi tərəfindən törədilməsi  müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Mətləb Məmmədquliyev Quba rayonu ərazisində avtomobillə saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45