Çörək ucuzlaşsa da, bəzi sakinlər əvvəlki qiymətə aldıqlarını bildirirlər – VİDEO
70 qəpiyə olan zavod çörəyinin qiyməti əvvəlcə 65, sonra 60 indi isə 55 qəpiyə enib.
Xezerxeber.az xəbər verir ki, pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Bu,bir il ərzində çörəyin qiymətində artıq üçüncü enmədir.
Buna baxmayaraq, bəzi sakinlər çörəyi elə əvvəlki qiymətinə aldıqlarını bildiriblər. Satıcılar deyiblər ki, qiymət ucuzlaşması daha çox iri mağaza şəbəkələrində müşahidə olunur.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, dünya bazarında taxılın ucuzlaşması daxili bazara da birbaşa təsir edir.
Qeyd edək ki, keçən il, bir kisəsi 40 manata satılan unun, bu il topdansatış qiyməti 26 manat 40 qəpik – 28 manat 50 qəpik aralığındadır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
(055) 436-46-45