Xaçmazda ağacdan asılı vəziyyətdə kişi meyiti tapılıb
Xaçmazın Qımıl kəndində intihar hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, rayonun İzmayılovka qəsəbə sakini 1990-cı il təvəllüdlü Mehman Tacəddin oğlu Mahmudov bir neçə gün öncə evdən çıxıb və geri qayıtmayıb.
Axtarışlar nəticəsində onun meyiti rayonun Qımıl kəndində meyvə bağında ağacdan asılı vəziyyətdə tapılıb.
M.Mahmudovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45