Özbəkistan, Gürcüstan və Qırğızıstan səfirləri Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında olublar – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Bu gün üç ölkənin Azərbaycandakı səfirləri – Gürcüstandan Zurab Pataradze, Özbəkistandan Baxrom Aşrafxanov və Qırğızıstandan Kayrat Osmonaliyevin – başçılığı ilə nümayəndə heyəti Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında olub.

Oxu.Az-ın məlumatına görə, qonaqlara əraziyə ekskursiya təşkil edilib, daha sonra onlar limanın inzibati binasının konfrans zalına aparılıblar.

Limanın direktoru Rəşad Daşdəmirov nümayəndə heyətinə limanın yaranma tarixi, tutumu və yük dövriyyəsi haqqında məlumat verib.

Görüş zamanı tərəflər əməkdaşlığın genişləndirilməsi, yük axınının artırılması və mövcud problemlərin həlli məsələlərini müzakirə ediblər.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45