Azərbaycanda çörək UCUZLAŞDI – FOTO
Azərbaycanda çörəyin qiymətində azalma müşahidə edilib.
“Trend”in apardığı araşdırma zamanı məlum olub ki, 60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir.
Bu da çörəyin qiymətinin daha 5 qəpik azalması deməkdir.
Qeyd edək ki, son bir ayda Azərbaycanda un bahalaşıb.
Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində bir manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.
Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45