Sabirabadda 58 yaşlı kişi bıçaqlanıb

Sabirabadda bıçaqlanma hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb.

Həmin kənddə məskunlaşan Cəbrayıl sakini, 1965-ci il təvəllüdlü Surxay Hüseyn oğlu Alməmmədov bıçaqlanıb. Yaralı Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş ki, ətrafın da bu xəbərdən agah olsun: