Gəncədə nənə azyaşlı nəvələrini küçəyə atmasının səbəbini açıqlayıb
Gəncədə 2 azyaşlı nəvəsini küçəyə atan qadın bunun səbəbi barədə danışıb.
Mehriban Cəlilova APA-nın qərb bürosuna deyib ki, qızı narkotik aludəçisidir. O, qızı ilə bağlı başqa ittihamlar da səsləndirib və belə olduğu halda uşaqların anasının yanından böyüməsini istəmədiyini deyib.
Mehriban Cəlilovanın sözlərinə görə, qızı hər gün evdə dava salır və o, məcbur olaraq bu addımı atıb.
M.Cəlilova onları müvəqqəti olaraq İcra Hakimiyyətinə verdiyini də açıqlayıb: “Mən nəvələrimdən imtina etməmişəm”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45