Bakıda yaşıl ağaclar kəsilib? – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Nizami rayonunda ağacların səhv budandığı iddia edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Rayonun Rüstəm Rüstəmov 66 ünvanında yaşayan sakinlər bildirib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ərazidəki ağaclar düzgün budanmayıb:

“Quru budaqlar əvəzinə, yaşıl ağacları kəsib, getdilər”.

Məsələ barədə Bakı şəhər Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların müraciəti əsasında ağaclar budanıb:

“Vətəndaşlar bizə müraciət edərək bildirdilər ki, iki ağacın budağının söhbətgahın üzərinə düşmə təhlükəsi var. Biz də həmin ağacları budadıq”.

İlhamə Əbülfət

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45