AFFA 3 klubu cərimələyib

Dostuna göndər xəbərdən agah olsun:

AFFA İntizam Komitəsi Premyer Liqanın X turunda qeydə alınan neqativ hallarla bağlı 3 klubu cərimələyib.

Agah.az xəbər verir ki, “Turan Tovuz” 1500, “Səbail” 800, “Zirə” isə 700 manat ziyana düşüb.

Tovuz təmsilçisi “Qarabağ”la matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700, oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbindən isə 800 manat cərimə olunub.

“Səbail” – “Neftçi” görüşünün ardından meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimə ödəyəcəklər.

“Kəpəz”lə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Zirə” isə 700 manat xərcə düşəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45