Mingəçevirdə qanunsuz ağac kəsmə faktı ilə bağlı cinayət işi başlanıb
Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində qanunsuz ağac kəsilməsi faktı üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
AGAH.AZ report-a istinadən xəbər verir ki, araşdırma zamanı məscidin həyətində 60 ədəd müxtəlif cinsli ağac, 9 ədəd fındıq kolunun kökündən çıxarılaraq məhv edilməsi nəticəsində təbiətə 16 min manatdan artıq ziyan vurulması müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45