Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb
Cəlilabadda Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin şəxsdən istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45